...

Əli Əhmədov:YAP yeni ənənənin təməlini qoyub

Siyasət Materials 10 Noyabr 2005 15:55 (UTC +04:00)

"Hakim "Yeni Azərbaycan" partiyası seçkilərdə qələbə qazanıb mitinq-konsert keçirtməklə yeni ənənənin təməlini qoyub. Trend xəbər verir ki, bu barədə YAP-ın icra katibi Əli Əhmədov bildirib.

YAP səlahiyyətlisi qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra YAP hər dəfə seçkilərdə qələbə qazanıb. "Müxalifət bu qələbəni qəbul etməsə də xalq İlham Əliyev siyasətini dəstəkləyir. Biz bundan sonra belə ənənəni davam etdirəcəyik".

Ə.Əhmədov onu da bildirib ki, parlament seçkilərində məğlubiyyətə uğrayan müxalifət mitinqlər keçirməklə öz məğlubiyyətini sığortalamaq istəyir. "Lakin xalq həmişə olduğu kimi müxalifətə etimad göstərməyib".

Xəbər lenti

Xəbər lenti