...

Müxalifətçilər 14 noyabrda da yürüş-mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər

Siyasət Materials 10 Noyabr 2005 17:00 (UTC +04:00)

"Azadlıq" bloku noyabrın 14-də də "20 Yanvar"-"Qələbə" marşrutu üzrə yürüş-mitinq keçirməyə qərar verib. Bu barədə Trend ə "Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahından məlumat verilib.

14 noyabr aksiyası ilə bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Müraciətdə bildirilir ki, "Azadlıq" və digər seçki blokları, siyasi partiyalar saat 15.00-dan 18.00-dək göstərilən marştur üzrə "azad seçki" tələbi ilə yürüş-mitinq keçirəcəklər.

Bundan əvvəl isə "Azadlıq" bloku Bakı Şəhər İcra Hakimiyyətinə noyabrın 12-də yürüş-keçirilməsi ilə bağlı müraciət ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti