...

Fəzail Ağamalı: "Radikal müxalifət seçki taktikasını düzgün qurmadığına görə məğlubiyyətə uğrayıb"

Siyasət Materials 10 Noyabr 2005 17:31 (UTC +04:00)

Radikal müxalifət seçki taktikasını düzgün qurmadığına görə məğlubiyyətə uğrayıb. Trend in məlumatına görə, bu sözləri noyabrın 9-da parlament seçkilərində müstəqil namizəd kimi iştirak etmiş və qalib gəlmiş şəxslərin mətbuat konfransında onlardan biri, Ana Vətən Partiyasının Fəzail Ağamalı söyləyib.

"Parlament seçkiləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun keçirilib. Ayrı-ayrı dairələrdə və məntəqələrdə buraxılmış nöqsanlar və qanun pozuntuları seçkilərin ümumi nəticələrinə təsir göstərməyib. Beynəlxalq müşahidəçilərin, "exit-poll" keçirən xarici şirkətlərin və MSK-nın gəldiyi nəticələr də bunu təsdiqləyir. Heç kəs iddia edə bilməz ki, bu seçki prosesində hansısa namizədin hüquqları ayrı-ayrı qurumlar tərəfindən məhdudlaşdırılıb. Mən radikal müxalifətin bu fikrini qətiyyən etmirəm ki, onların müəyyən hüquqları pozulub. Bir daha deyirəm ki, sadəcə olaraq onlar öz dairələrində seçki kampaniyasını duzgün qurmamışdılar", - deyə F.Ağamalı qeyd edib.

Namizədliyini 32 saylı Suraxanı Seçki Dairəsindən namizədliyini irəli sürmüş və qalib gəlmiş Anar Məmmədxanlı isə bildirib ki, "PA-Consulting" "exit-poll" şirkətinin seçki məntəqələrində apardığı sorğu zamanı bəzi prinsip pozuntuları nəzərə alınmasa, ümumilikdə seçki normal keçib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Yardımlı Seçki Dairəsindən millət vəkili seçilmiş Sabir Rüstəmxanlı da seçkilərin beynəlxalq standartlara uyğun və şəffaf keçirildiyini söyləyib. Qeyd edib ki, Azərbaycanda seçkilərin demokratik və yüksək səviyyədə keçirilməsi bir daha hakimiyyətin siyasi iradəsini göstərib.

"Dövlət başçısının məlum fərmanları, beynəlxalq müşahidəçilərin və jurnalistlərin say çoxluğu, qeyri-hökumət təşkilatlarının müşahidəçi kimi seçkilərə buraxılmaları, mürəkkəbdən istifadə və digər amillər buna əyani sübutdur. Düzdür, bir neçə dairə və məntəqədə kobud pozuntulara yol verilib, ancaq sevindirici haldır ki, bu pozuntuların seçkilərin ümumi nəticəsinə heç bir təsiri olmayıb" - deyə S.Rüstəmxanlı qeyd edib.

Xəbər lenti

Xəbər lenti