...

MDU-da "Azərbaycanda parlament seçkiləri və Azərbaycan dövlətçiliyinin inkişaf perspektivləri" mövzusunda dəyirmi masa keçirilib

Siyasət Materials 10 Noyabr 2005 17:54 (UTC +04:00)

Moskva Dövlət Universitetinin (MDU) tarix fakültəsində "Azərbaycanda parlament seçkiləri və Azərbaycan dövlətçiliyinin inkişaf perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. Trend Polit.ru-ya istinadən bildirir ki, dəyirmi masanın işində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri R.Rizayev, Ümumrusiya Azərbaycan konqresi prezidentinin müşaviri E.Quliyev, AMEA-nın həqiqi üzvü, RF prezidenti yanında Rusiya dövlət xidməti Akademiyasının professoru A.Daşdəmirov, Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Ş.Qarayev, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri D.Axundov və digərləri iştirak edib.

Müzakirələrdə iki məsələyə baxılıb: ötən parlament seçkilərinin Azərbaycan dövlətçiliyinin inkişaf perspektivlərinə təsiri və seçkidən sonrakı dövrdə Rusiya-Azərbaycan münasibətlərinin inkişafı perspektivləri.

Dəyirmi masanın iştirakçıları Azərbaycanda keçirilən parlament seçkilərində iqtidar qüvvələrinin qələbəsini qanunauyğunluğu barədə nəticə çıxardı.

Dəyirmi masanın iştirakçıları əmin olduqlarını bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər gələcəkdə də həm siyasi, həm də iqtisadi sahələrdə qarşılıqlı fayda əsasında inkişaf etdiriləcək.

Yaxın vaxtlarda dəyirmi masanın materiallarının tam külliyatla nəşri planlaşdırılır. Təşkilatçı MDU-nun tarix fakültəsi və yaxın əcnəbi ölkələrin tarixi kafedrasıdır.

Xəbər lenti

Xəbər lenti