...

Ayaz Mütəllibovun tapşırığı ilə məhkəməyə müraciət edilməyəcək

Siyasət Materials 11 Noyabr 2005 11:15 (UTC +04:00)

"Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Ayaz Mütəllibovun tapşırığı ilə biz məhkəməyə müraciət etmədik". Bu barədə Trend ə ASDP-nin katibi Tofiq Əhmədov bildirib.

Qeyd edək ki, ASDP həmsədri Araz Əlizadə noyabrın 10-da 6 noyabr 2005-ci il tarixdə keçirilən Milli Məclisə seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəticələri barədə mətbuat konfransı keçirəcəkdi.

T.Əhmədov qeyd edib ki, adıçəkilən seçki dairəsindəki saxtakarlıqlarla bağlı məhkəməyə müraciət etmək fikrində olublar: "Moskvada mühacir olan Ayaz müəllimlə ələqə saxlayıb bu barədə ona məlumat verdim. O isə bizə tapşırıq verdi ki, həmin seçki dairəsindən müxalifətin nümayəndəsi səs qazandığı üçün məhkəməyə müraciət etmək lazım deyil. Biz də mətbuat konfransını təxirə saldıq".

Onu da qeyd edək ki, A.Mütəllibovun namizəd olduğu 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Birlik Hərəkatının lideri Lalə Şövkət deputat seçilib.

Xəbər lenti

Xəbər lenti