...

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokuna 12 noyabr aksiyasını noyabrın 13-də keçirməyə izacə verib

Siyasət Materials 11 Noyabr 2005 11:41 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun noyabrın 12-ə təyin etdiyi yürüş-mitinqinə izacə verməyib. Bu barədə Trend ə blokun aksiyasının təşkilatçılarından biri, AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti 12 noyabrın Konstitusiya Günü olduğunu əsas gətirərək həmin gün kütləvi aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. Şəhər rəhbərliyi "Azadlıq" blokuna bunun əvəzində noyabrın 13-də yürüş-mitinq keçirməyi təklif edib.

Həsən Kərimovun sözlərinə görə, "Azadlıq" bloku paytaxt rəhbərliyinin təklifini qəbul edib və noyabrın 13-də metronun "20 Yanvar" stansiyası yaxınlığından başlayaraq "Qələbə" meydanınadək yürüş-mitinq keçirəcək. Qeyd edək ki, blok müraciətində aksiyanı saat 15.00-dan 18.00-dək keçirmək qərarındadır. Lakin Bakı Şəhər İcra Hakimiyyəti cavab məktubunda aksiyanın saat 15.00-dan 17.00-dək keçirilməsinə izacə verib.

H.Kərimov deyib ki, noyabrın 11-də Bakı Şəhər İcra Hakimiyyəti ilə danışıqlar aparacaqlar. Noyabrın 13-də aksiyanın vaxtına 1 saat əlavə olunmasını və həmçinin, noyabrın 14-də növbəti yürüş-mitinqin keçirilməsi üçün izacə istəyəcəklər.

Xəbər lenti

Xəbər lenti