...

Abbas Abbasov: Vladimir Putin Azərbaycanda Rusiya ilini açacaq

Siyasət Materials 11 Noyabr 2005 12:32 (UTC +04:00)
Abbas Abbasov: Vladimir Putin Azərbaycanda Rusiya ilini açacaq

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana səfərinin məqsədlərindən biri Azərbaycanda 2006-cı ilin Rusiya ili olduğunu elan etməkdir. Bu barədə Trend ə baş nazirin müavini Abbas Abbasov ekskluziv bəyan edib. Onun sözlərinə görə, V.Putinin ölkəyə səfəri çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb.

"Rusiya-Azərbaycan sahibkarlarının geniş tərkibdə biznes-forumu, iki ölkənin dövlət strukturları arasında görüşlər mütləq keçiriləcək. Bundan əlavə, 2005-ci ildə əməkdaşlığın yekunları üzrə iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası komissiyanın iclasının, bir sıra digər məsələlərin, o cümlədən, iki dövlətin strategiyası üzrə məsələlərlə bağlı müzakirələr aparılacaq ", - deyə A.Abbasov qeyd edib.

"Öz tərəfimdən qeyd edim ki, ilkin məlumatlara görə, Azərbaycanda Rusiya ilinin açılışı 2006-cı ilin birinci rübündə baş tuta bilər. Rəsmi mərasimin fevral ayında keçiriləcəyi ehtimal edilir. V.Putinin səfəri çərçivəsində həmçinin, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsinə həsr edilən II Bakı İqtisadi Forumunun keçirilməsi də mümkündür".

Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsinə həsr olunmuş I Bakı İqtisadi Forumu 2004-cü ilin mayında keçirilib.

Abbas Abbasov həmçinin, bildirib ki, Azərbaycan Rusiyada özünün ticarət nümayəndəliyini də aça bilər. "Mənim fikrimcə, bu, artıq 2006-cı ildə baş tuta bilər ", - deyə o qeyd edib.

Rusiyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, RF hökuməti müxtəlif ölkələrdə, o cümlədən, Azərbaycanda bir sıra ticarət nümayəndəliklərinin açılması barədə qərar qəbul edib.

Bunu şərh edərkən A.Abbasov bildirib ki, "iki dövlət arasında iqtisadi münasibətlərin yaxşılaşdırılması ilə bağlı tətbiq edilən hər bir yenilik əlaqələrin inkişafına və yaxınlaşdırırmasına şərait yaradır ".

A.Abbasov həmçinin qeyd edib ki, 2005-ci ilin yekunlarına görə, 2005-ci ilin əvvəllərində imzalanmış hökumətlərarası komissiyanın protokolunda nəzərdə tutulan plan həyata keçiriləcək.

"Bu Rusiya ilə Azərbaycan arasmında mal töriyyəsinin 1 milyard dollara qədər çatdırılmasına aiddir. İlin yekunlarına görə, bu rəqəm Rusiya ilə Azərbaycan arasında olan real mal dövriyyəsinin həcminə müvafiq olacaq ", - deyə o qeyd edib.

Rusiya səfirliyindən bildirilib ki, Rusiya tərəfi də 1 milyard göstəricinin əldə olunmasına ümid edir."Əgər hələ bir neçə il əvvəl bu rəqəm cəmisi $300 miln təşkil edirdisə, 2005-ci ildə biz bu rəqəmi $1 milyarda çatdırmağa ümid edirik və bu göstərici sonralar da azalmamalıdır ", - deyə səfirlikdən bildirilir.

Xəbər lenti

Xəbər lenti