...

Azərbaycan prezidentinin Rusiyada Azərbaycan İlininin təntənəli bağlanış mərasimində iştirakı mümkündür

Siyasət Materials 11 Noyabr 2005 12:50 (UTC +04:00)
Azərbaycan prezidentinin Rusiyada Azərbaycan İlininin təntənəli bağlanış mərasimində iştirakı mümkündür

Azərbaycan prezidenti İlham Əliyev dekabrın sonlarında Moskvada keçiriləcək Rusiyada Azərbaycan İlinin təntənəli bağlanış mərasimində iştirak edə bilər. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfiri Ramiz Rizayev məlumat verib.

Səfir bildirib ki, hazırda Azərbaycan prezidentinin Moskvaya qarşıdakı səfəri ilə bağlı hazırlıq işləri aparılır. Prezident İlham Əliyev səfər çərçivəsində Rusiya Fenderasiyasının prezidenti Vladimir Putinlə, Rusiya hökumətinin rəsmi şəxsləri ilə görüşəcək.

Səfirin sözlərinə görə, eks-prezident Heydər Əliyevin heykəlinin açılışı Rusiyada Azərbaycan İlinin rəsmi bağlanışına təsadüf edə bilər. O bildirib ki, heyklə Moskvanın ən məşhur yerlərindən birində - "Aeroportovskaya" metro stansiyasının yaxınlığında, Səməd Vurğun küçəsinə bitişik bağda, "Bakı" kinoteartının yanında ucaldıla bilər. Abidənin müəllifləri Azərbaycan və Rusiyanın məşhur memarları - N. Əliyev və P.Şerbakovdur.

R.Rizayevin qeyd etdiyinə görə, Azərbaycan prezidenti Moskvaya hər bir səfəri çərçivəsində imkan daxilində Rusiya paytaxtındakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşə vaxt ayırır.

Səfirin sözlərinə görə, İ.Əliyevin Moskvaya səfərindən sonra Rusiya prezidenti V.Putinin də Bakıya səfəri baş tuta bilər. Səfər təxminən fevral ayının 2-ci ongünlüyündə hzəyata keçiriləcək. Səfirin sözlərinə görə, hazırda diplomatik kanallarla səfərə hazırlıq işləri aparılır.

Xəbər lenti

Xəbər lenti