...

Canni Bukikkio: "Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir"

Siyasət Materials 11 Noyabr 2005 13:43 (UTC +04:00)

"Azərbaycanın Seçki qanunvericiliyinə dəyişikliklər edilməlidir". Trend in "ANS" telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Avropa Şurası Venesiya komissiyasının katibi, Azərbaycan konstitusiyasının qəbul olunmasının 10 illiyinə həsr olunmuş ikigünlük beyənlxalq konfransda iştirak etmək məqsədilə hazırda Bakıda olan Canni Bukikkio bəyan edib.

"Mən ümid edirdim ki, ölkədə parlament seçkiləri beynəlxalq standartlara tam uyğun qaydada keçəcək, lakin qanun pozuntusu faktları ümidlərimi boşa çıxardı. Yəqin ki, bu faktlar aradan qaldırılacaq", - deyə o qeyd edib. Katibin sözlərinə görə, Azərbaycanın Seçki Məcəlləsində yaxşı seçkilər keçirməyə imkan verən bəndlər olsa da, o heç də ideal deyil.

O, eyni zamanda Azərbaycan hökumətinin səslərin hesablanması prosesinə maneə törətmiş və seçki qanunvericiliyini pozmuş vəzifəli şəxslərin cəzalandırılması ilə bağlı gördüyü tədbirləri yüksək qiymətləndirib.

"Dövlət başçısı düzgün addım atıb. Ümid edirəm ki, yol verilmiş bütün qanun pozuntuları aradan qaldırılacaq, qanunları pozmuş şəxslər isə cəzalandırılacaqlar", - deyə D.Bukikkio qeyd edib. O vurğulayıb ki, Azərbaycan "təkmilləşdirilmiş Seçki Məcəlləsi" hazırlamaq məqsədilə ATƏT, VK və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirməlidir.

Xəbər lenti

Xəbər lenti