...

ABŞ 3 il ərzində təxminən 1 min azərbaycanlıya qaçqın statusu verib

Siyasət Materials 11 Noyabr 2005 13:46 (UTC +04:00)

Birləşmiş Ştatlar üç il ərzində təqribən 1 min Azərbaycan vətəndaşına qaçqın statusu verib. Trend in məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Nazirliyinin İmmiqrasiya statistikası Ofisinin (Office of Immigration Statistics) məlumatında bildirilir.

Üç ilə ərzində ABŞ MDB ölkələrindən qaçqın statusu 14 min Ukrayna, 4.9 min-Rusiya, 2.3 min-Moldova, 2 minə yaxın - Belarus, təxminən 1 min-Özbəkistan, 0.7 min-Qazaxıstan vətəndaşına verilib. Adları sadalanan possovet dövlətləri ilə yanaşı, vətəndaşları daha çox istənilən status almaq isətəyən ölkələrin ilk iyirmi siyahısına Somali, Sudan, Efiopiya, Əfqanıstan, İran, Konqo, Kolumbiya daxildir.

Ofisin məlumatına görə, ABŞ-ı ən çox qaçmağa can atan Afrika və Asiya sakinləri ilə yanaşı keçmiş SSRİ ölkələrinin vətəndaşlarıdır. Belə ki, 2004-cü ildə 75.5 min adam ABŞ-ın diplomatik nümayəndəliklərinə müraciət edərək onlara qaçqın statusunun verilməsini xahiş ediblər. Bu tip müraciətlər ən çox Somali (17 mindən artıq), Laos (14 min) və Kuba (9.6 min) vətəndaşları müraciət edib. Həmçinin qaçqın statusu ilə müraciət edən ölkələrin birinci onluğuna Ukrayna (5-ci yer, təxminən 5.5 min ərizə), Rusiya (7-ci yer, təxminən 4.2 min ərizə) və Moldova (9-cu yer, 1.7 min ərizə). Ərizələrdən 49.6 mini (adətən qaçqın statusunu doğma vətənində onları ciddi təhlükə gözlədiyini sübut edən adamlar alır) təmin edilib. Eləcə də, ABŞ-a köçmək barədə icazə 3.3 min ukraynalıya, 1.9 min rusiyalfya və demək olar ki, 1.2 min moldavana verilib.

Xəbər lenti

Xəbər lenti