...

Nəticələri ləğv olunmuş dairələrə təkrar seçki keçirilməsi üçün MSK prezidentə müraciət edəcək

Siyasət Materials 11 Noyabr 2005 14:18 (UTC +04:00)

Seçki prosesinin yekunlarının araşdırılması tam başa çatdıqdan və Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədikdən sonra 42 saylı Sumqayıt şəhər və 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə təkrar seçki keçirilməsi üçün prezident İlham Əliyevə müraciət olunacaq. Bu məlumatı Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ənvər Əliyev verib.

O bildirib ki, bütün seçki dairələri üzrə MSK tərəfindən aparılan araşdırmalar başa çatdıqdan sonra nəticələr Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Bu məhkəmə də 20 gün ərzində seçkinin nəticələrinə baxıb müvafiq qərarlar çıxaracaq. Bu prosedura zamanı Konstitusiya Məhkəməsinin MSK-nın çıxardığı qərarları ləğv etməsi mümkündür. Ölkə qanunvericiliyinə görə, son instansiya olan Konstitusiya Məhkəməsi hansısa seçki dairənin nəticələrinin ləğvinə dair MSK-nın qərarını qüvvədən sala, yaxud artıq nəticələri qəbul edilmiş hansısa dairələrin nəticələrini ləğv edə bilər.

Ə.Əliyev bildirib ki, Konstitusiya Məhkəməsinin çıxardığı qərarlardan sonra Mərkəzi Seçki Komissiyası nəticələri ləğv olunmuş seçki dairələri üzrə təkrar seçki keçirilməsi ilə bağlı prezidentə müraciət edəcək. Təkrar seçkidə də əvvəlki seçki kimi eyni proseduralar tətbiq olunacaq. Bu zaman istənilən şəxs , o cümlədən də əvvəlki namizədlər həmin dairədən öz namizədliyini irəli sürə biləcəklər.

Xəbər lenti

Xəbər lenti