...

Müxalifət liderləri Böyük Britaniya səfirliyində Qərb ölkələrinin səfirlərilə görüş keçiriblər

Siyasət Materials 11 Noyabr 2005 14:21 (UTC +04:00)

Noyabrın 11-də Böyük Britaniya səfirliyindən müxalifət liderləri ilə Qərb dövlətlərinin ölkəmizdə fəaliyyət göstərən səfirlərinin görüşü keçirilib. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokunun həmsədrləri İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu, "Milli Birlik" Hərəkatının lideri Lalə Şövkət, "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazov, ABŞ-ın, Böyük Britaniyanın, Polşanın, Fransanın, Almaniyanın və digər ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Eldar Namazov bildirib ki, görüşdə əsasən Azərbaycandakı ictimai-siyasi vəziyyət, 6 noyabr parlament seçkiləri müzakirə olunub. Müxalifət liderləri seçkidə baş vermiş qanun pozuntuları, ayrı-ayrı seçki dairələrində yol verilən nöqsanlar, müxalifət nümayəndələrinin bu seçkidə iştirakı məsələləri barədə məlumat veriblər. Həmçinin, "Azadlıq", "Yeni Siyasət", "Milli Birlik Hərəkatı" bloklarının seçkinin nəticələrinə etiraz olaraq keçirdikləri və bundan sonra da davam etdirəcəkləri aksiyalar barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti