...

"Vətəndaş Cəmiyyəti Uğrunda" monitorinqin nəticələrini açıqlayıb

Siyasət Materials 11 Noyabr 2005 15:11 (UTC +04:00)

"2005-ci il 6 noyabr tarixində Azərbaycanda keçirilən parlament seçkiləri demokratik və şəffaf olub". Trend xəbər verir ki, bu barədə noyabrın 11-də Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbərləri sözügedən seçkilərlə bağlı apardığı monitorinqin nəticələrini açıqlayaraq bildirib.

44 seçki dairəsində 1200-ə yaxın müşahidəçisi monitorinq aparmış adıçəkilən təşkilat ümumilikdə seçkilərin normal və müdaxiləsiz keçdiyi qənaətində olduğunu bəyan edib. Monitorinqin nəticələrini əks etdirən hesabatda bir sıra qanun pozuntularının da olduğu göstərilib.

Bir neçə seçki dairəsində yerli icra hakimiyyəti strukturlarının seçki prosesinə müdaxilə etməsi, səsvermənin hesablanması prosesində xırda qanunsuzluqların olması və namizədlərin lehinə topa bülletenlərin atılmasının da müşahidə edilməsi hesabatda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti