...

Lyublyanada Cənubi Qafqaz və Baltik ölkələri xarici işlər nazirlərinin 3+3 formatında görüşü keçiriləcək

Siyasət Materials 11 Noyabr 2005 16:41 (UTC +04:00)

Bu ilin dekabrında Sloveniyanın paytaxtı Lyublyanada Cənubi Qafqaz və Baltik ölkələri xarici işqlər nazirlərinin 3+3 formatında görüşü keçiriləcək.

Bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili Litva prezidenti Valdas Adamkusla birgə keçirdiyi mətbuat konfransında bildirdiyi kimi, Lyublyanskdakı görüşdə Gürcüstan, Ermənistan, Azərbaycan, Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri iştirak edəcəklər.

Trend in "Qafqaz-Press" agentliyinə istinadən yaydığı məlumata görə, görüşün əsas mövzusu Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinə və NATO-ya inteqrasiyası olacaq. Saakaşvilinin sözlərinə görə, 3+3 formatında görüşün keçirilməsi ideyası Gürcüstanın Avropa strukturlarına inteqrasiyası prosesini dstəkləyən Litva prezidentinə məxsusdur.

Saakaşvili qeyd edib ki, Lyublyanada görüş Cənqubi Qafqaz ölkələrinin demokratiyaya və ya feodalizm quruluşuna doğru getdiklərini aydınlaşdırmaq üçün həlledici görüş olacaq. "Mən əminəm, Ermənistanla Azərbaycan arasında hansı problemlərin olmasından asılı olmayaraq hər üç dövlət Avropa Birliyi və NATO-ya inteqrasiya məsələsində bir mövqedə durmağı bacaracaqlar", -deyə o bəyan edib.

Öz növbəsində Valdas Adamkus Litvanın Gürcüstanın Avropa Birliyinə və NATO-ya daxil olması prosesini sürətləndirmək üçün mümkün olan hər şeyi edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti