...

Novruz Mammedov: Bakı Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun davam etdirilməsində maraqlıdır

Siyasət Materials 11 Noyabr 2005 18:16 (UTC +04:00)

Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə növbəti görüşündə maraqlıdır. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan prezidenti İcra aparatının xarici siyasət şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O, qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan prezidentinin bəyan etdiyi kimi, 2006-cı ilin yanvarında İlham Əliyev və Robert Köçəryanın növbəti görüşü barədə çağırışı ilə bağlı ona məlumat daxil olmayıb. "Ola bilsin ki, o, hər-şansı bir kanaldan belə bir xəbər alıb, amma məndə belə bir təklif yoxdur.Amma əgər hər-hansı bir təklif olsa, onda şübhəsiz ki, biz belə bir görüşdə maraqlıyıq.Tərəflərin Qazan görüşündən sonra Azərbaycan prezidenti belə məsləhətləşmələr təklifində qərarlıdır. Bircə danışıqların nəticəsi olsun və hər-hansı bir irəliləyiş əldə olunsun" -deyə N.Məmmədov bildirib və həmsədrlərdən həmin təklifin Bakıya da daxil olacağını istisna etməyib.

Qeyd edək ki, Ermənistan prezidenti Robert Köçəryan bəyan edib ki, ATƏT-in Minsk qrupu şəmsədrləri Ermənistan və Azərbaycan liderlərini 2006-cı ilin yanvarında görüşməyə çağırır. "Həqiqətən biz qarşımıza tələsmək qərarı qoymasaq da mən irəliləyiş imkanı görürəm. Bizim üçün Dağlıq Qarabağ münaqihəsinin nizama salınması üçün əlverişli variant varsa, bu şansı əldən buraxmaq ağılsızlıq olardı" -deyə Köçəryan qeyd edib.

Xəbər lenti

Xəbər lenti