...

Fikrət Məmmədov: "Artıq 10 ildir ki, Azərbaycanın Konstitusiyası milli dövlətçiliyimizə xidmət edir"

Siyasət Materials 11 Noyabr 2005 18:48 (UTC +04:00)
Fikrət Məmmədov: "Artıq 10 ildir ki, Azərbaycanın Konstitusiyası milli dövlətçiliyimizə xidmət edir"

Artıq 10 ildir ki, Azərbaycan Respublikasının Konstitusiyası milli dövlətçiliyimiziə və ölkəmizdə ildən ilə dərinləşən islahatlara xidmət edir. Trend in məlumatına görə, bu sözləri Konstitusiya Gününün 10 illiyinə həsr olunmuş konfransda Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov söyləyib.

"Bu günkü konfrans çox mühüm bir məsələyə - hüquqi dövlətin qurulmasında Azərbaycan Respublikası Konstitusiyasının roluna həsr edilib. Azərbaycan dövlətçiliyinin inkişafında Konstitusiyamızın müstəsna rolu olub. Müstəqillik tarixində ilk dəfə qəbul edilən Konstitusiya Azərbaycan dövlətinin təməli olmaqla xadlqımızın demokratiya yolu ilə inkişafını sürətləndirib. Müasir Azərbaycan dövlətinin banisi, ümumilli liderimiz Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış əsas Qanunumuz dünyanın mütərəqqi konstitusiyalarından biridir. Bu sənədin qəbul olunması üçün mudrik Azərbaycan xalqı öz iradəsini referendumla ifadə etmişdir. Kontstitusiyamız təkcə bu günümüz üçün deyil, həm də gələcək nəsillər üçün yazılmışdır", - deyə Fikrət Məmmədov qeyd edib.

Nazirin sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimiz tarixində yeni bir mərhələ açıb, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verib.

F.Məmmədov: "Konstitusiyamızın mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, o, ilk dəfə olaraq hakimyyətlərin bölgüsü prinsipini, insan hüquq və azadlıqlarının şərtsiz üstünlüyünü təsdiq edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün təməl yaratmışdır. Ötən 10 il ərzində Konstitusiyada nəzərdə tutulmuş demokratik müddəaların həyata keçirilməsi üçün həyatımızın bütün sahələrində köklü dəyişikliklər aparılmışdır. Konstitusiyada müəyyən edilmiş hüquqi prinsiplərin həyata keçirilməsi məqsədilə ölkəmizdə mükəmməl qanunvericilik yaradılmış, 1500-dən çox mütərəqqi qanunlar qəbul edilmiş, köklü məhkəmə-hüquq islahatları aparılmış, hüquq sistemimiz beynəlxalq standartlara uyğunlaşdırılmış, insan hüquqlarının daha etibarlı qorunması məqsədilə demokratik təsisatlar, o cümlədən Ombudsman itnstitutu yaradılmışdır".

Xəbər lenti

Xəbər lenti