...

Azərbaycan Konstitusiyasının 10 illiyinə həsr olunmuş konfrans keçirilir

Siyasət Materials 11 Noyabr 2005 18:50 (UTC +04:00)
Azərbaycan Konstitusiyasının 10 illiyinə həsr olunmuş konfrans keçirilir

Ötən illərdə keçirilmiş parlament seçkiləri ilə müqayisədə müsbət irəliləyişlərə baxmayaraq Seçki məcəlləsinin müddəalarının, eləcə də Azərbaycan prezidentinin sərəncamının icrası zamanı təsadüf edilmiş çətinliklər göz qabağındadır. Trend bildirir ki, oktyabrın 11-də Azərbaycan Konstitusiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq konfransda ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Maurisio Pavessi bu bəyanatla çıxış edib.

"Bununla əlaqədar olaraq hakimiyyət orqanları qanunların yalnız kağız üzərində qalmaması üçün işləməlidir.Bununla bağlı Konstitusiya məhkəməsinin hələlik Avropa standartlarına cavab verməyən məhkəmə sistemi də daxil olmaqla hakimiyyət orqanları üzərində nəzarətə dair mühüm səlahiyyətləri vardır.Müasir məhkəmə sistemi olmadan hər-hansı bir həyat qabiliyyəti olan demokratiyadan danışmaq olmaz" -deyə M.Pavessi qeyd edib.

Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio bəyan edib ki, Konstitusiya əsas monolit sənəd olmaqla bərabər eyni zamanda "dəyişikliklər üçün açıq" "canlı" sənəd olmalı, habelə hakimiyyətin müxtəlif qolları arasında qarşılıqlı münasibətləri nizama salmalıdır.

Öz növbəsində, Azərbaycan prezidenti İcra aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fuad Ələsgərov bəyan edib ki, "2002-ci ildə bərpa edilmiş Azərbaycan Konstitusiyası bu gün də ölkənin demokratik inkişafı və Azərbaycan xalqının tərəqqisi üçün yüksək siyasi, hüquqi və ideoloji potensiala malikdir".

Qeyd edək ki, konfransda Rusiya, Gürcüstan, Bolqarıstan, Almaniya, Cənubi Koreya, Türkiyə, Norveç, Polşa, Çexiya, Slovakiya, Estoniya, Rumıniya, Ukrayna, Moldova və İsrailin Konstitusiya məhkəmələri başçıları və nümayəndələri iştirak edir.

Xəbər lenti

Xəbər lenti