...

Sosial demokratlar narıncı bayrağa etiraz edir

Siyasət Materials 11 Noyabr 2005 18:53 (UTC +04:00)

"Sosial demokratlar "Azadlıq" seçki blokunun narıncı bayraq altında mübarizəsini qəbul etmir". Bu barədə Trend ə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) ideologiya məsələlri üzrə katibi Elşən Manafov bildirib.

E.Manafov bildirib ki, noyabrın 10-da müxalifətin vahid cəbhə ətrafında birləşməkdən ötrü təşkil etdiyi ümumrespublika toplantısında buna etiraz edib: "Axı niyə görə biz meydana narıncı bayraqlar altında daxil olmalıyıq. Təklifimiz budur ki, meydanlarda hər bir partiya öz bayrağını qaldırsın. Ancaq "Azadlıq" bloku yalnız narıncı rəngli bayraqlara üstünlük verir".

ASDP rəsmisi onu da qeyd edib ki, demokratik parlamentin formalaşdırılması istiqamətində birgə mübarizə aparmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti