...

Canni Bukikkio hesab edir ki, ölkədə qüvvədə olan Seçki məcəlləsi mükəmməl deyil, amma normal seçkilərin keçirilməsi üçün tamamilə kifayətdir

Siyasət Materials 11 Noyabr 2005 19:36 (UTC +04:00)
Canni Bukikkio hesab edir ki, ölkədə qüvvədə olan Seçki məcəlləsi mükəmməl deyil, amma normal seçkilərin keçirilməsi üçün tamamilə kifayətdir

Azərbaycanın Seçki məcəlləsinin yaxşılaşdırılması ilə yanaşı seçkilərin beynəlxalq səviyyədə qəbul edilmiş demokratik standartlara tam müvafiq olaraq keçirilməsinə cavabdeh olan şəxslərin siyasi mədəniyyətini və mentalitetini dəyişmək lazımdır. Trend bildirir ki, bu bəyanatı noyabrın 11-də Bakıda jurnalistlərlə söhbətində Avropa Şurası Venesiya Komissiyasının (VK) katibi Canni Bukikkio səsləndirib.

AŞ müşahidəçilərinin 6 noyabr seçkilərinin həmin təşkilatın standartlarına tamamilə cavab verməməsi barədə ilkin hesabatına istinadən C. Bukikkio bütün pozuntuların və bunlara yol verən şəxslərin araşdırılmasının vacibliyini vurğulayıb.

"Səhər Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə mən onun barmaqların boyanması və seçkilərin monitorinqində bütün yerli QHT-in iştirakının təmin edilməsi üzrə tədbirlərlə bağlı təşəbbüsünü dəstəklədim.Eyni zamanda mən ona pozuntuların ciddi araşdırılması və qanunu pozan şəxslərə qarşı müəyyən sanksiyalar tətbiq edilməsi ilə bağlı ümid etdiyimizi bildirdim" -deyə VK katibi bildirib.C. Bukikkio hesab edir ki, ölkədə qüvvədə olan Seçki məcəlləsi mükəmməl deyil, amma normal seçkilərin keçirilməsi üçün tamamilə kifayətdir. "Qanun vacibdir, amma onun icrası daha vacibdir.Hətta qüvvədə olan məcəllə ilə seçkilər daha yaxşı ola bilər. Məcəllənin mətni xeyli yaxşılaşdırılıb. Amma xeyli dərəcədə təkmilləşdirilə biləcək mpüəyyən məqamlar vardır. Düşünürəm ki, biz məcəllənin Avropa standartlarına çatdırılması ilə bağlı əməkdaşlığımızı davam etdirəcəyik" -deyə C. Bukikkio bildirib.

VK-nin öhdəlikləri məcbur edə bilməməsini qeyd edən C. Bukikkio vurğulayıb ki, söhbət yalnız tövsiyələrdən gedə bilər. "VK-nin iki əsas tövsiyəsi seçki komissiyalarının formalaşdırılması prinsipləri və seçkilərlə bağlı şikayətlərə baxılması prosedurasına aiddir. VK seçki məcəlləsinin təkmilləşdirilməsi üzərində gələcək işlər üçün Azərbaycana kömək etməyə hazırdır. Amma indi hər şey Azərbaycanın öz arzusundan asılıdır" -deyə C. Bukikkio bildirib. Onun sözlərinə görə, AŞ-nin rəsmi orqanları vasitəsilə VK ilə iş üsulu mövcuddur. "Biz AŞ nazirlər Komitəsindən müvafiq sorğu ala bilərik və AŞPA Azərbaycan üzrə hər-hansı məsələyə baxa bilər. Belə olan təqdirdə, AŞ-nin digər üzv ölkələrindən biri kimi Azərbaycan AŞPA-nın VK-yə göndərdiyi məsələni müzakirə etmək üçün VK-nin işində iştirak etməlidir" -deyə C.Bukikkio bildirib.

Xəbər lenti

Xəbər lenti