...

Fuad Ələsgərov: "Konstitusiya dövlət və cəmiyyət arasındakı yeni münasibətlərin yeni əsaslarını qoyub"

Siyasət Materials 11 Noyabr 2005 19:41 (UTC +04:00)
Fuad Ələsgərov: "Konstitusiya dövlət və cəmiyyət arasındakı yeni münasibətlərin yeni əsaslarını qoyub"

Konstitusiya dövlət və cəmiyyət arasındakı yeni münasibətlərin yeni əsaslarını qoyub. Trend in məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Konstitusiya Gününün 10 illiyinə həsr olunuş konfransda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hüquq-muhafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib.

Fuad Ələsgərov bildirib ki, demokratiyanın ən mühüm təchizatlarından olan Konstitusiyanın hər bir dövlətin həyatında çox böyük rol oynayır və hüquqi sistemdə xüsusi yeri var. "1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimiz üçün mühüm əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənəsinin ən yüksək nailiyyəti olaraq ölkəmizin real suverenliyinə keçidini təsdiq etmişdir. Müasir Azərbaycanın təşəkkül tarixini nəzərdən keçirsək görərik ki, müstəqilliyin ilk illərində çox mürəkkəb bir dövr yaşamışıq. 90-cı illərin əvvəlində Ermənistan-Azərbaycan müharibəsi, ölkədaxili ciddi konfliktlər, vətəndaş müharibəsi təhlükəsi, iqtisadi böhran, ölkənin totalitar dövlətdən miras qalmış qanunlarla idarə olunması və müstəqillik əldə etmiş ölkənin inkişafı əlbəttə ki, ziddiyyət təşkil edirdi, - deyə F.Ələsgərov qeyd edib.

Fuad Ələsgərovun sözlərinə görə, həmin dövrdə insan hüqnuqlarının kütləvi surətdə pozulması halları mövcud idi və belə bir dövrdə ölkəmizdə stabilliyin əldə olunması, ictimai-siyasi sabitliyin əldə olunması çox vacib bir amil kimi qiymətləndirilirdi.

F.Ələsgərov: "Yalnız bu sabitliyə nail olduqdan sonra demokratik hüquqi dövlət quruculuğu yolunda addım atmağa başladıq, bü istiqamətdə ən mühüm sənəd 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası oldu".

Xəbər lenti

Xəbər lenti