...

Azərbaycan MSK daha bir seçki dairəsində səsvermənin yekunlarını ləğv edib

Siyasət Materials 13 Noyabr 2005 17:00 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyası noyabrın 12-də keçirilən növbəti iclasında 110-cu Zaqatala seçki dairəsiü üzrə 6 noyabr parlament seçkilərində səsvermənin yekunlarını ləğv edib. Trend in məlumatına əsasən, MSK-nın iclasında qərarın 19 və 41-ci seçki məntəqələrindəki yekun protokollarının tərtibində olan pozuntularla bağlı verildiyi bildirilib.

Öncə 110-cu Zaqatala seçki dairəsində hakim "Yeni Azərbaycan" partiyasından namizəd olan Hikmət Atayevin qələbəsi elan edilmişdi. Onun əsas rəqibi "Azadlıq" müxalifət blokunun nümayəndəsi, "Müsavat" partiyası sədrinin müavini Arif Hacıyev idi.

Beləliklə, seçkilərdən sonra MSK artıq üç seçki dairəsi, o cümlədən 9-cu Binəqədi və 42-ci Sumqayıt seçki dairələri üzrə səsvermənin yekunlarını ləğv edib.

Xəbər lenti

Xəbər lenti