...

Azərbaycanın xarici işlər naziri Strasburqa yola düşəcək

Siyasət Materials 14 Noyabr 2005 13:12 (UTC +04:00)

Noyabrın 4-də axşam Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Stasburqa səfərə yola düşəcək. Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyinin informasiya siyasəti və mətbuat idarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Onun sözlərinə görə, nazir Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin iclasında iştirak etməyi planlaşdırır. Diplomat yolda Brüsseldə dayanacaq və burada onun Avropa Birliyinin xarici əlaqələr komissarı Benita Ferrero-Valdnerlə görüşəcəyi ehtmal edilir.

E.Məmmədyarov digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirərək mövcud münasibətləri müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti