...

Bir qrup namizəd Məzahir Pənahovla görüşmək istəyir

Siyasət Materials 14 Noyabr 2005 13:25 (UTC +04:00)

"Fövqəladə Seçki Komitəsinin (FSK) 20-yə qədər üzvü noyabrın 14-də saat 12.00-da Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşıb". Bu barədə Trend ə adıçəkilən komitənin rəhbəri Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli bildirib.

Məqsəd seçkilərdə qələbə qazanmayan namizədlərin MSK sədri Məzahir Pənahovla görüşməsidir: "MSK sədri ilə görüşmək üçün müraciət etmişik. Hələ cavab gözləyirik. Biz sədrlə görüşüb ondan hüquqlarımızın nə səbəbdən pozulmasına aydınlıq gətirilməsini istəyirik".

M.Mütəllimli onu da bildirib ki, MSK qarşısında aksiya keçirməkdən ötrü heç bir orqandan icazə almayıblar. Onun bildirdiyinə görə, polis onlara heç bir təzyiq göstərməyib.

Xəbər lenti

Xəbər lenti