...

"Azadlıq" bloku dairə seçki komissiyaları qarşısında aksiyalar planlaşdırıb

Siyasət Materials 14 Noyabr 2005 13:29 (UTC +04:00)

"Azadlıq" seçki bloku Dairə Seçki Komissiyaları qarşısında piketlər keçirəcək". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətindən bildiriblər.

Məqsəd adıçəkilən blokun seçkilərdə səs qazana bilməyən namizədlərinin hüquqlarının qorunmasıdır. Qeyd olunub ki, etiraz aksiyalarının hamısı bu həftəyə planlaşdırılıb. İlk aksiyanın harada keçiriləcəyi ilə bağlı dəqiq məlumat verilməsə də, 11 saylı Qaradağ rayon seçki dairəsindən "Azadlıq" blokunun namizədi Yaqub Abbasovun nümayəndələrinin noyabrın 19-da saat 16.00-dan 17.00-dək aksiya keçirəcəkləri bildirilib. Aksiyanın Qaradağ rayonunun Sahil qəsəbəsində planlaşdırıldığı qeyd edilib.

Aksiyaların yalnız Bakı şəhəri deyil, ətraf rayonların seçki dairələri qarşısında da keçiriləcəyi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti