...

Yuri Merzlyakov: "ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşmələri təşəbbüsünə cavab almayıblar"

Siyasət Materials 14 Noyabr 2005 14:08 (UTC +04:00)
Yuri Merzlyakov: "ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin görüşmələri təşəbbüsünə cavab almayıblar"

"ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin yanvar ayında görüşmələri təşəbbüsünə cavab almayıblar. Bu barədə Trend ə eksklüziv olaraq MQ-nin rusiyalı həmsədri Yuri Merzlyakov bildirib.

Onun sözlərinə görə, vasitəçilərin hər iki dövlət başçılarının növbəti görüşlərinin yanvarda keçirilməsi təklifilə bağlı Ermənistan prezilentinin bəyanatına dair sualı cavablandıran Y.Merzlyakov bildirib: "Biz Ermənistan və Azərbaycan prezidentlərinə dekabrın ortalarında qəbul edilməyimizə dair məktub göndərmişik. Məktubda digər təkliflər də əks olunub. Lakin onlar yalnız təklifdir, buna reaksiyanın necə olacağını isə deyə bilmərəm".

Rusiyalı vasitəçi cavabın dekabrın 5-6-da həmsədrlərin hər iki ölkənin XİN başçıları ilə Lyublyanada görüşü zamanı veriləcəyinə ümid etdiyini bildirib.

Onun sözlərinə görə, həmsədrlər nazirlərlə ayrı-ayrılıqda görüşəcəklər. Onların beynəlxalq forumlar çərçivəsində məşğul olmaları ilə əlaqədar hətta 2 saatlıq birgə görüş keçirmək olduqca çətindir, 15 dəqiqə isə bizi qane etmir. Buna görə də biz ayrı-ayrılıqda görüşərək öz təkliflərimizi verəcək və nazirləri dinləyəcəyik", - deyə Y.Merzlyakov qeyd edib.

Xəbər lenti

Xəbər lenti