...

İlham Əliyev: Azərbaycanda inqilab mümkün deyil

Siyasət Materials 14 Noyabr 2005 15:14 (UTC +04:00)

Azərbaycanda inqilab mümkün deyil. Trend in məlumatına görə, noyabrın 13-də Türkiyənin "Türkiyə qəzetinin müxbiri Osman Sağırlının Azərbaycan prezidenti İlham Əliyevlə müsahibəsini belə bir başlıqla dərc etdirib.

Azərbaycan dövlətinin başçısı qeyd edib ki, 6 noyabr parlament seçkiləri şəffaf şəraitdə keçirilib. Saxtakarlıqların qarşısın almaq üçün bütün zəruri tədbirlər görülüb. "Biz əvvəlcədən müxalifətin seçkilərin yekunlarından narazı qalacaqlarını ehtimal etmişdik. Əgər müxalifət bu seçkilərdə qalib gəlsə idilər, onlar sözsuz ki, səsvermənin nəticələrindən razı qalardılar", - deyə İ.Əliyev qeyd edib və müxalifətçilərin "boş işlərlə" məşğul olduqlarını qeyd edib. Eyni zamanda prezident "bizim ümumi səyimiz Azərbaycanın milli dəyərlərini qoruyub saxlamaq və əhalinin yaşayış səviyyəsini yüksəltmək" olduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda inqilab mümkün deyil, çünki ölkədə inqilabi əhval-ruhiyyənin formalaşması üçün şərait yoxdur. İ. Əliyev daha sonra bildirib: "Qoy heç kim boş arzulara əsaslanmasın və müxalifəti müdafiə etməsin. Heç kimə geosiyasi mövqeyinə və müəyyən təbii ehtiyatları olan ölkədən mənfəət əldə etməyə can atmasın. Ukrayna, Qırğızıstan və Ukraynada baş verən hadisələr üçün müəyyən şərtlər var idi. Müəyyən dairələr "yeni inqilab üçün" yer axtarmağa başladılar. "Təqvimə görə isə ən yaxın seçkilər məhz Azərbaycanda idi. Lakin onlar səhv etmişdilər", -deyə prezident bildirib. Dövlət başçısı xatırladıb ki, seçki təşviqatı başlayan gündən o dəfələrlə Azərbaycanada hər hansı inqilabın qeyri-mümkün olduğunu bəyan edib. "İnqilab üçün şərtlərin yaranması üçün bir sıra mənfi amillərin, ilk növbədə, xalqla hökumət arasında dərin "uçurum"un olması vacibdir. Lakin yalnız etimad və birlik mövcuddur".

"İnqidabi vəziyyətin yaranması üçün həmçinin, sosial və siyasi gərginliyin olması da vacibdir, amma Azərbaycanda bu da yoxdur. Şübhəsiz ki, Azərbaycanda bir sıra sosial problemlər, eləcə də, işsizlik də mövcuddur, lakin müsbət inkişaf tentensiyaların olması da göz qabağındadır. Əhalinin əmək haqqları, pensiyalar və tələbələrin təqaüdləri artırılıb. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri açılır. Müxalifətin heç bir iqtisadi və sosial bazisi yoxdur. Azərbaycanın xarici siyasəti də həmçinin, çox müsbət yöndədir. Respublika regionla münasibətlrədə çox mühüm yer tutur. Bununla yanaşı, biz Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanmasında hər hansı bir güzəştə getməməklə bağlı qətiyyət göstəririk. İndiki kontekstdə, müxalifət bizi heç nədə tənqid edə bilməz. İnqilabın baş verməsi üçün güclü liderin olması, eləcə də müxalifətin sıralarında birliyin olması da vacibdir. Müxalifətdə isə nə bu, nə də digəri var".

Prezident müxalifətin sıralarında birliyin olmadığını qeyd edib və əlavə edib: "Müxalifətin sıralarındakı birlik müvəqqətidir. Biz bunu keçirilən seçkilərin gedişində də görmüşük. Onlar (müxalifətçilər - Trend) müvəqqəti birləşiblər, sonra onlar qarşılıqlı ittihamlarla çıxış edəcəklər. Azərbaycan müxalifəti çox zəifdir və çox acınacaqlı vəziyyətdədir. Ümumilikdə, müxalifətin vəziyyəti mərhəmət hissi doğurur. Müxalifətə rəhbərlik edən şəxslər son 10 ildə eyni sözləri təkrarlayırlar və xalq artıq onları eşitmək istəmir. Azərbaycanın gələcəyi ilə bağlı qərarlar meydanlarda qəbul edilməyəcək. Artıq 10 ildir ki, Azərbaycanda "mitinq atmosferi" mövcud deyil.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan tamamilə başqa istiqamətdə- dünya birliyinə inteqrasiya yönündə i inkişaf edəcək. Ona görə də Azərbaycanda inqilab üçün şərait yaranmayıb. "Əgər müxalifət hansısa qanunsuz addımlar atarsa, biz buna ciddi tədbirlərlə cavab verəcəyik. Hey kimə Azərbaycanda qanunsuz fəaliyyət göstərməyə imkan verilməyəcək. Bir neçə gün əvvəl müxalifət iqtidardakı "Yeni Azərbaycan" partiyasının aksiyasından sonra mitinq keçirib Hər şey ayrılmış vaxt çərçivəsində sakit şəkildə keçib. Ölkədə qanunçuluğun pozulmasında əli olan şəxslər məhkəmə önündə duracaqlar", deyə İlham Əliyev bildirib.

Azərbaycan dövlətinin başçısının sözlərinə görə, respublikada seçkilərdən sonra Azərbaycanda vəziyyətin pisləşməsindən qazanc əldə etməyə çalışan şəxslər mövcuddur. "Müxtəlif qüvvələrin 6 noyabr parlament seçkilərinə yanaşması bir-birindən kəskin fərqlənir. Müəyyən qüvvələr və şəxslər respublikada sonunculardan dividend əldə etməyin əleyhinə deyillər. Şübhəsiz ki, hökumətdə də bundan faydalanmağa çalışan qruplar var. Biz anlayırıq ki, təzyiqin müəyyən forması gələcəkdə də həyata keçirilə bilər", -deyən prezident 6 noyabr seçkilərini şəffaf keçirildiyini bildirib.

Azərbaycan prezidenti həmçinin, xatırladıb ki, parlament seçkilərində 2 mindən artıq vətəndaş namizəd kimi iştirak edib. "Saxtalaşdırmaların qarşısını almaq üçün biz seçki günü barmaqların mürəkkəbə batırılması üsulunun tətbiq edilməsi barədə qərar qəbul etdik. Seçkim günü hər şey normal keçdi. Mən səsvermənin nəticələrindən razıyam. Çünki "Yeni Azərbaycan" partiyası böyük qələbə qazanıb və xalqın bizi dəstəkləməsi faktı bir daha təsdiqlənib".

Prezident İ. Əliyev qeyd edib ki, bilavasitə seçkilər ərəfəsində müxalifətlə əməkdaşlığa və rüşvətxorluğa görə 2 nazir həbs olunub. "Əgər kimsə öz vəzifə səlahiyyətlərindən tamah məqsədilə istifadə edərsə, o, dərhal vəzifəsindən azad ediləcək və layiq olduğu cəzanı alacaq. Mən belə adamlarla bir komanda da işləmək niyyətində deyiləm", -deyə o bildirib.

Beynəlxalq müşahidəçilərin və bəzi təşkilatların parlament seçkiləri ilə bağlı tənqidlərini şərh edərkən prezident bəyan edib: "Mən artıq səsvermədən bir gün sonra Azərbaycanın bu məsələ ilə bağlı rəsmi mövqeyini bəyan etmişəm. Bu bəyanatda mən dəqiq şəkildə keçirilən parlament seçkiləri ilə bağlı beynəlxalq strukturların mövqeyi təfərrüatları ilə öyrəniləcək və analiz olunacaq".

Azərbaycanın Kipr məsələsi ilə bağlı mövqeyini şərh edən İ. Əliyev bildirib ki, digər dövlətlər və eləcə də, İslam Konfransı Təşkilatı da Azərbaycandan nümunə götürməlidir.

Xəbər lenti

Xəbər lenti