...

Kommunistlər "Azadlıq" blokunun mübarizəsinə qoşulmayacaqlar

Siyasət Materials 14 Noyabr 2005 15:37 (UTC +04:00)

"Azərbaycan kommunistləri "Azadlıq" blokunun seçkilərin yenidən keçirilməsi ilə bağlı təşkil etdiyi mübarizəyə qoşulmayacaq". Bu barədə Trend ə Azərbaycan Kommunist Partiyasının (AKP) sədr müavini Rüstəm Şahsuvarov bildirib.

R.Şahsuvarov qeyd edib ki, kommunistlər yalnız 15 seçki dairəsində seçkilərin nəticələrinin ləğv olunması tələbi ilə çıxış edib: "O seçki dairələrində ki, oradan kommunistlər namizədliklərini vermişdilər. Biz hesab ediri ki, həmin dairələrdə kommunistlər qalib gəliblər. Digər seçki dairələrində seçkilərin necə keçirildiyi barədə əlimizdə fakt olmadığından heç nə deyə bilmərik".

AKP səlahiyyətlisi onu da bildirib ki, kommunistlərin öz mübarizə vasitələri var. Gələcəkdə bunların hansının seçilməsi isə partiya rəhbərliyinin qərarından asılı olacaq.

Xəbər lenti

Xəbər lenti