...

Silahlı Qüvvələrimizin nümayəndələri bir sıra tədbirlərdə iştirak edirlər

Siyasət Materials 14 Noyabr 2005 15:41 (UTC +04:00)

Noyabrın 13-dən başlayaraq Silahlı Qüvvələrimizin nümaynədələri bir sıra tədbirlərdə iştirak edirlər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Makendoniya Respublikasının Skopye şəhərində başlanan "Cooperative Associate - 2005" təlimi noyabrın 25-dək davam edəcək.

Həmin ölkənin Ohrid şəhərində başlanmış "Combined Endeavor 2006 " təlimi isə noyabrın 19-da başa çatacaq.

Niderland Krallığının Brunsum şəhərində "Çoxmillətli Birləşmiş Əməliyyat Qüvvələri üzrə IY təlim",

Türkiyə Respublikasının Ankara şəhərində isə "Sülhməramlı əməliyyatlarda hərbi müşahidəçisi" kursu öz işinə başlayıb. Tədbirlər dekabrın 2-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti