...

Tatyana Mışelova: "Venesiya komissiyası Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyinə ümid edir

Siyasət Materials 14 Noyabr 2005 16:00 (UTC +04:00)
Tatyana Mışelova: "Venesiya komissiyası Azərbaycanla əməkdaşlığın davam etdiriləcəyinə ümid edir

"Avropa Şurası Venesiya komissiyası tövsiyyəverici orqan olsa da, o, rəsmi Bakının razılığı olmadan Azərbaycanla bağlı məsələlərə baxa bilər". Bu barədə Trend ə VK katiliyinin mətbuatla əlaqələr üzrə məsul nüimayəndəsi Tatyana Mışelova komissiyada ölkənin Seçki Məcəlləsinə dair müzakirələrin bərpasının mümkünlüyünü şərh edərkən bildirib.

O qeyd edib ki, Azərbaycan AŞ-yə daxil olarkən hər bir üzv ölkə kimi üzərinə bir sıra öhdəliklər, xüsusilə VK-nın tövsiyyələrini nəzərə almaq öhdəliyini götürüb. "Prosedura əsasən, məsələlər komissiyanın gündəliyinə iki halda - AŞ-yə üzv ölkələrin xahişi və ya AŞ PA-nın, həmçinin, AŞ-nin Nazirlər Komitəsinin təşəbbüsü ilə daxil edilir", - deyə o bildirib. Onun sözlərinə görə, ölkə prezidentinin sonuncu sərəncamı VK-nın tövsiyyələrinin yalnız bir hissəsini əhatə edib.

"AŞ-yə üzv olan hər bir ökə kimi Azərbaycan da VK-nın işində iştirak edərək AŞ PA tərəfindən komissiyaya yönəldilmiş məsələləri müzakirə etməlidir. VK öhdəlikləri zorla qəbul etdirə bilməz, söhbət yalnız tövsiyyələrdən gedir", - deyə T.Mışelova əlavə edib.

VK nümayəndəsi xatırladıb ki, komissiyanın katibi Canni Bukikkio bəyan edib ki, seçki komissiyalarının formalaşması prinsipi və seçkilərlə bağlı şikayətlərə baxılması prosedurlarına dair iki əsas tövsiyyə müzakirələr üçün hələ də açıqdır. Azərbaycanın Seçki Məcəlləsini qeyri-ideal adlandıran C.Bukikkio nəzərə çatdırıb ki, Məcəllənin mətni xeyli dərəcədə yaxşılaşsa da, daha yüksək səviyyədə təkmilləşdtrlməsi mümkün olan müəyyən cəhətlər var.

"Venesiya Komissiyası Azərbaycanla mövqeyinin üst-üstə düşmədiyi məsələlərlə bağlı əməkdaşlığın davam etdirilməsinə ümid edir", - deyə VK nümayəndəsi qeyd edib.

Xəbər lenti

Xəbər lenti