...

"Azadlıq" bloku noyabrın 18-19-20-də mitinq-yürüş keçirəcək

Siyasət Materials 14 Noyabr 2005 16:35 (UTC +04:00)

"Azadlıq" seçki bloku noyabrın 18-19-20-də "Qələbə" meydanı qarşısında saat 15.00-dan 18.00-dək mitinq-yürüş keçirmək niyyətindədir". Bu barədə Trend ə adıçəkiəln blokun təsisçilərindən olan Azərbaycan Demokrat Partiyasının (ADP) təşkilat katibi Rəşid Mansurov bildirib.

R.Mansurov onu da qeyd edib ki, mitinqlərin keçrilməsi ilə bağlı Bakı meriyasına müraciət ünvanlanıb: "Blok rəhbərliyi belə qərara alıb ki, mitinq-yürüşlər ardıcıl olaraq üç gün ərzində keçirilsin".

Bakı şəhər İcra Hakimiyyətindən isə Trend ə bildiriblər ki, "Azadlıq" seçki blokunun noyabrın 18-19-20-də "Qələbə" meydanı qarşısında mitinq-yürüş keçirəcəyi ilə bağlı onlara heç bir məktub daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti