...

YUNESKO-nun Xoş məramlı səfiri Mehriban Əliyevanın YUNESKO-nun yubiley təntənələrində iştirak etməsi üçün səfər proqramı hazırlanır

Siyasət Materials 14 Noyabr 2005 17:09 (UTC +04:00)
YUNESKO-nun Xoş məramlı səfiri Mehriban Əliyevanın YUNESKO-nun yubiley təntənələrində iştirak etməsi üçün səfər proqramı hazırlanır

Azərbaycanın birinci xanımı, YUNESKO-nun Xoş məramlı səfiri Mehriban Əliyevanın Parisdə YUNESKO-nun 60 illiyi ilə bağlı yubiley təntənələrində iştirak etmək üçün səfər proqramı hazırlanır. Bu barədə Trend ə Azərbaycanın YUNESKO-dakı nümayəndəsi Eleonora Hüseynova ekskluziv məlumat verib.

Onun sözlərinə görə, 16,17 və 18 noyabr yubiley tarixləri ilə əlaqədar Parisdə silsilə tədbirlər keçiriləcək ki, onlardan biri də YUNESKO-nun tarixinə həsr olunan kollokvium olacaq. Noyabrın 16-a kollokviumun rəsmi açılışında YUNESKO-nun eks-direktorları, Xoş məramlı səfirlər, bir neçə öldkənin prezidentləri, eləcə də ğanınmış siyasətçilər, ictimai xadimlər, alimlər, ziyalıların nümayəndələri iştirak edəcək.

Elə həmin gün axşam təşkilatın yubileyi ilə bağlı təntənəli gecə keçiriləcək. E.Hüseynovanın sözlərinə görə, konsert proqramına Azərbaycanın musiqi kollektivlərinin çıxışları da daxil edilib. Onun sözlərinə görə, konsertdə Azərbaycan Dövlət Simfonik Orkestri məşhur bəstəkar, dirijor və pianoçu Firəngiz Əlizadənin "Kəsişən yollar" adlı yeni əsərini ifa edəcək.

E.Hüseynova Azərbaycanın birinci xanımının bu tədbirə təşkilatın Xoş məramlı səfiri kimi dəvət aldığını və bu səfərin baş tutacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, hazırda onun təşkilatın yüksək rütbəli məmurları ilə, eləcə də YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə görüşünun proqramı hazırlanır. Bu görüşlərin gedişində bilavasitə Xoşməramlı səfir M.Əliyevanın təşəbbüsü və iştirakı ilə Azərbaycanın bu təşkilatla ikitərəfli geniş miqyaslı əməkdaşlığının perspektivləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti