...

Konstitusiya Məhkəməsi iki şikayət ərizəsini icraata qəbul edib

Siyasət Materials 14 Noyabr 2005 17:16 (UTC +04:00)

Noyabrın 14-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının keçirilmiş növbəti iclasında iki şikayət ərizəsinin icraata qəbul edilməsi barədə qərar çıxarılıb. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Y hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən X.Qasımovun və Ə.Kalayevin şikayətlərinə baxılaraq icraata qəbul edilməsi barədə qərarlar çıxarılıb.

Şikayətlərə mahiyyəti üzrə baxılması üçün Konstitusiya məhkəməsi Plenumunun iclasları noyabrın 16 və 17-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti