...

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Siyasət Materials 15 Noyabr 2005 11:39 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyası bu ilin dekabrında Qazaxıstanda keçiriləcək prezident seçkilərinin müşahidəsində iştirak edəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib. O bildirib ki, MSK-ya həmin seçkiləri izləmək üçün Qazaxıstan hökumətindən dəvət gəlib. R.Qasımov Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyətinin Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəyini deyib.

Qeyd edək ki, seçkilər dekabrın 4-də keçiriləcək. Azərbaycanın nümayəndə heyəti təxminən dekabrın 2-də Qazaxıstana yola düşəcək və dekabrın 6-dək orada olacaq. Azərbaycan təmsilçiləri bir neçə seçki məntəqələrində müşahidə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti