...

Üç təşkilat Azərbaycançı Qüvvələr seçki blokunun sıralarını tərk edib

Siyasət Materials 15 Noyabr 2005 12:25 (UTC +04:00)

"Bakı Kəndlər Birliyi, "Xalqın iradəsi" və "Hüquq və Cəmiyyət" qeyri-hökumət təşkilatları Azərbaycançı Qüvvələr seçki blokunu tərk edib". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Vəhdət Partiyasının mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, adıçəkilən təşkilatlar ayrı-ayrılıqda Vəhdət Partiyasının qərargahında toplantı keçirərək blokdan çıxmaq barədə qərar qəbul edib. Səbəb blokun seçkilərdə zəif fəaliyyət göstərməsi və heç bir uğur əldə etməməsi göstərilib. O da qeyd olunub ki, bloku tərk edənlərin sayı gələcəkdə artacaq.

Azərbaycançı Qüvvələr seçki blokunun Mərkəzi Seçki Qərargahının rəhbəri Rövşən Əhmədli isə deyilənləri təkzib edib: "Bizdə bu barədə məlumat yoxdur. Blok noyabrın 15-də günün ikinci yarısında toplantı keçirəcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti