...

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətçilərin Xətai Sarayında Forumuna izacə verib

Siyasət Materials 15 Noyabr 2005 13:57 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun və digər keçmiş namizədlərinin noyabrın 16-da Xətai adına Mədəniyyət Sarayında Forum keçirməsinə izacə verib. Bu barədə Trend ə Forumun təşkilatçılarından olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (islahatçılar) sədr müavini Həsən Kərimov məlumat verib. O bildirib ki, noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətindən cavab verilib və blok təmsilçiləri ilə şəhər rəhbərliyi arasında müqavilə bağlanıb. Xətai adına Mədəniyyət Sarayı (keçmiş Aşıq Ələsgər Sarayı) noyabırn 16-da saat 12.00-dan 15.00-dək müxalifət nümayəndələrinin ixtiyarına verilib.

Foruma 6 noyabr parlament seçkisində iştirak etmiş deputatlığa namizədlər, müxalifət liderləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaqlar. Onlar əsasən seçkinin nəticələrinə öz etirazlarını bildirəcək, yol verilmiş qanun pozuntularını və müxalifətin bundan sonra atacağı addımları müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti