...

Məhmət Əli Tələt: "Azərbaycanın özünün beynəlxalq öhdəlikləri var"

Siyasət Materials 15 Noyabr 2005 14:24 (UTC +04:00)

"İki addım irəli-bir addım geri" xarici siyasi prinsipi beynəlxalq siyasətdə təcrübədən keçirilir və Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Azərbaycanın mövqeyinə anlayışla yanaşır". Trend in Şimali Kiprin kütləvi informasiya vasitələrinə istinadən xəbər verdiyi kimi, belə bəyanatla ŞKTC-nin prezidenti Məhmət Əli Tələt ŞKTC-nin yaradılmasının 22-ci ildönümünə həsr olunmuş brifinqdə çıxışında bildirib.

"Azərbaycan - beynəlxalq öhdəlikləri olan dövlətdir. Rəsmi Bakı isə Kipr icmasına rəğbət bəsləyir", - deyə o vurğulayıb.

Kiprin hər iki icmasının birləşdirilməsinə dair BMT referendumunun yekunları üzrə "Kipr Türk Cümhuriyyəti"nin yaradıldığının nə üçün elan olunmaması ilə bağlı suala cavab verən icma başçısı bildirib: "Bəli, məhz Kipr türkləri adanın "birləşdirilməsinə "HƏ" deyiblər, yunan icması isə BMT-nin baş katibi Kofi Annanın planını qəbul etməyib". M.Tələt onu da qeyd edib ki, adanın yunan icmasının liderləri ilə danışıqları istənilən səviyyədə bərpa etmək olar.

Xəbər lenti

Xəbər lenti