...

Noyabrın 18-dən 21-dək "Azadlıq" bloku bölgələrdə aksiyalar keçirməyi planlaşdırır

Siyasət Materials 15 Noyabr 2005 16:17 (UTC +04:00)

"Azadlıq" blokuna daxil olan partiyaların müxtəlif bölgələrdəki yerli təşkilatları noyabrın 18-də, 19-da, 20-də və 21-də mitinqlər keçirməyi planlaşdırır. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib. Aksiyalar əsasən İmişli, Saatlı, Sabirabad, Əli Bayramlı, Kürdəmir və Şəki şəhərlərində keçiriləcək. Bu aksiyalarla bağlı həmin rayonların icra hakimiyyətlərinə müraciətlər edilib. Noyabrın 15-nə kimi yalnız Saatlı rayon icra hakimiyyəti müraciətə cavab bildirib və aksiyanın keçirilməsinə razılıq verməyib. Buna baxmayaraq yerli müxalifətçilər aksiyanın təşkilində israrlıdırlar və noyabrın 16-da saat 11.00-da Saatlı rayonunun mərkəzində izacəsiz mitinq keçirəcəklər.

Qeyd edək ki, müxalifət nümayəndələri 6 noyabr parlament seçkilərinin nəticələrinə etirazlarını bildirir və seçkinin saxtalaşdırıldığını iddia edirlər.

Xəbər lenti

Xəbər lenti