...

200 namizəd bəyanat imzalayıb

Siyasət Materials 15 Noyabr 2005 16:54 (UTC +04:00)

"2005-ci il noyabrın 6-da Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə iştirak edən 200 namizəd bəyanat imzalayıb". Trend xəbər verir ki, bununla bağlı noyabrın 15-də bir qrup namizəd mətbuat konfransı keçirib.

Mətbuat konfransında çıxış edən müstəqil namizədlər məlum seçkilərin demokratik və şəffaf keçirildiyini bildiriblər. İlk çıxış edən namizəd politoloq Musa Qasımlı bildirib ki, seçkilərdə baş verən qanun pozuntuları indii küçələrdə deyil, məhkəmə zallarında həll edilir: "Bu irəliyə atılan bir addımdır".

Digər çıxış edən namizədlər sabiq millət vəkilləri Səyyad Aran, Səttar Səfərov və digərləri seçkilərin beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirildiyini qeyd ediblər. Namizədlər seçkilərdən sonra müxalifətin ənənvi olaraq küçə və meydan taktikasına uyaraq yenə də ölkədə qarşıdurma yaratması cəhdini pisləyiblər.

Xəbər lenti

Xəbər lenti