...

Azərbaycanda 6 noyabr parlament seçkilərinin yekunlarına dair Vaşinqtonda müzakirələr aparılıb

Siyasət Materials 15 Noyabr 2005 17:16 (UTC +04:00)

Vaşinqtonun "Niksona" mərkəzində Azərbaycanda 6 noyabr parlament seçkilərinin yekunlarına dair müzakirələr aparılıb. Trend in xəbər verdiyi kimi, müzakirələr zamanı çıxış etmiş "Heritec" fondunun tədqiqatçısı Ariel Koxen, "Ceymstaun" fondunun eksperti Vladimir Sokor, Azərbaycanın Vaşiqntondakı səfiri Hafiz Paşayev, ABŞ-ın Milli Təhlükəsizlik Şurasının Avropa və Asiya məsələləri üzrə direktoru Devid Merkel seçkilərin yekunlarını təhlil edərək 6 noyabr parlament seçkilərinin ABŞ-ın Xəzər regionundakı geostrateji planlarında rolunu qeyd ediblər.

"Nikson" mərkəzinin beynəlxalq təhlükəsizlik və energetika proqramları üzrə direktoru Zeyno Baran ölkədəki parlament seçkilərini irəliləyiş adlandıraraq qeyd edib ki, beynəlxalq müşahidəçilər tərəfindən qeydə alınmış seçki qanunvericiliyinin pozulması faktları aşkar edilərək prezident İlham Əliyevin vaxtında verdiyi göstəriş sayəsində aradan qaldırılıb.

Onun sözlərinə görə, bu fakt dövlət başçısının demokratik inkişaf yolunun tərəfdarı olduğunu təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycanda "rəngli inqilab"ın baş verməsi mümükün deyil, müxalifət isə gözlənildiyi kimi, kifayət qədər səs toplaya bilməyib. Müxalifət liderləri ABŞ hökuməti tərəfindən keçirilən "exit-poll"un nəticələrindən razı qalmayıblar. "Səsvermə zamanı aparılmış sorğular "Yeni Azərbaycan" partiyasının qalib gəlməsi faktını təsdiqləyib", - deyə Z.Baran qeyd edib.

Səsvermənin monitorinqində bilavasitə iştirak etmiş Ariel Koxen vurğulayıb ki, qeydə alınmış qanun pozuntusu faktları iri miqyaslı olmadığından onlar seçkilərin nəticələrinə təsir etməyəcək. "Müxalifətdən başqa heç kim "Yeni Azərbaycan" partiyasının qələbəsini şübhə altına almır. Səsvermə prosesi isə dəstəklədikləri liderlərin 99% seçicilər tərəfindən seçiləcəyini düşünən çoxlu sayda köhnə fikirli adamları üzə çıxarıb", - deyə o bildirib.

Bu fikri ekspert Vladimir Sokor da dəstəkləyib. O qeyd edib ki, Azərbaycan hökumətində qruplaşmaların aradan qaldırılması üçün kadr dəyişiklikləri edilməlidir.

Sokor onu da vurğulayıb ki, 1993-cü ildən bəri heç bir yeni siyasi proqram irəli sürməmiş müxalifət liderləri istefa verərək "yeni müxalifətə" yol açmalıdır. Onun sözlərinə görə, müxalifət heç bir nüfuza malik deyil. "Azərbaycan hökuməti lazımi tədbirlər görərək tənqidə konstruktiv yanaşma nümayiş etdirib", - deyə ekspert əlavə edib.

Sonda Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev çıxış edib. Onun sözlərinə görə, 2005-ci ilin noyabr seçkiləri Azərbaycan xalqına demokratiya ilə yaxından tanış olmaq imkanı verib. Parlament seçkiləri zamanı şəffaflığın təmin olunmasına dair İlham Əliyevin imzaladığı sərəncam ölkənin demokratik inkişafında qətiyyəti bir daha nümayiş etdirib.

Amerika KİV-nin parlament seçkiləri ilə bağlı qeydlərinə gəldiukdə diplomat bildirib: "Məndə belə təəssürat yaranıb ki, xarici KİV nümayəndələri Azərbaycana "narıncı inqilabı"ın şahidi olmaqdan ötrü gəliblər. Lakin Azərbaycan xalqı inqilab istəmir. Biz artıq 1990-cı illərdə bunu yaşamışıq. İnqilablar dağıdıcıdır. Xalq isə irəliyə doğru inkişfın tərəfdarıdır"

Parlament seçkiləri zamanı qanunvericiliyin pozulması faktlarına gəldikdə səfir qeyd edib ki, onların yoxlanıması və araşdırılması sonuncu şikayətə baxılmasına qədər davam edəcək. Onun sözlərinə görə, Vaşinqton Azərbaycanda demokratik inkişaf prosesini kifayət qədər qiymətləndirmir. Belə təəssürat yaranır ki, bəzi dairələr bu prosesi ləngitməyə çalışır.

"Azərbaycanla əməkdaşlıq ABŞ üçün müsbət nəticələr verə bilər", - deyə H.Paşayev sonda bildirib.

Xəbər lenti

Xəbər lenti