...

Sərdar Cəlaloğlunun şikayətinə noyabrın 16-da Ali Məhkəmədə baxılacaq

Siyasət Materials 15 Noyabr 2005 19:20 (UTC +04:00)

9 saylı Binəqədi ikinci seçki dairəsindən "Azadlıq" blokunun deputatlığa vahid namizədi Sərdar Cəlaloğlunun Ali Məhkəməyə verdiyi şikayətə noyabrın 16-da baxılacaq. Bu barədə Trend ə Azərbaycan Demokrat Partiyasından (ADP) məlumat verilib.

Qeyd edək ki, Sərdar Cəlaloğlunun namizəd olduğu 9 saylı Binəqədi ikinci seçki dairəsinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilib. S.Cəlaloğlu MSK-nın bu qərarından Apellyasiya Məhkəməsinə şikayət vermişdi, lakin məhkəmə onun iddiasını təmin etməyib. Namizəd Apellyasiya Məhkəmsinin qərarından Ali Məhkəməyə şikayət edib.

Növbəti instansiya olan Ali Məhkəmədə S.Cəlaloğlunun şikayətinə noyabrın 16-da saat 12:00-da baxılacaq. Namizəd Apellyasiya Məhkəməsinin qərarının ləğvini və özünün həmin dairədə qalib gəlməsinin təsdiqlənməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti