...

Milli Müdafiə Komitəsi fəaliyyətini dondurub

Siyasət Materials 15 Noyabr 2005 19:22 (UTC +04:00)

"Rəsul Quliyevin vətənə qayıtması ilə bağlı yaradılan Milli Müdafiə Komitəsi fəaliyyətini bir müddətə dondurub". Bu barədə Trend ə R.Quliyevin sədri olduğu Azərbaycan Demokrat Partiyasının mətbuat ximətinin rəhbəri Nurəddin İsmayılov bildirib.

N.İsmayılov bunu 2005-ci il noyabrın 6-da keçirilən parlament seçkilərinin saxtalaşdırılmasıyla bağlı müxalifətin apardığı mübarizə ilə əlaqələndirib: "Səhv etmirəmsə Rəsul Quliyev sonuncu dəfə noyabrın 3-də komitənin iclasına qatılıb. Ondan sonra komitə iclaslarını keçirməyib. Ona görə ki, əsas məqsədimizi seçkilərin yenidən keçirilməsinə yönəltmişik".

ADP səlahiyyətlisi onu da bildirib ki, Rəsul Quliyevin Azərbaycana qayıtması istiqamətində fəaliyyət yeni mərhələdə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti