...

Apellyasiya Məhkəməsi 11 saylı Qaradağ seçki dairəsinin protokollarını Ədliyyə Nazirliyinə göndərib

Siyasət Materials 15 Noyabr 2005 19:23 (UTC +04:00)

Noyabrın 15-də Apellyasiya Məhkəməsində 11 saylı Qaradağ seçki dairəsindən "Azadlıq Bloku"nun deputatlığa vahid namizədi Yaqub Abbasovun şikayətinə baxılıb. Bu barədə Trend ə "Azadlıq" blokundan məlumat verilib.

Blokun namizədi öz şikayətində həmin dairədə seçkinin nəticələrinin YAP-ın namizədinin xeyrinə saxtalaşdırıldığını iddia edib və nəticələrin obyektiv qiymətləndirilməsini tələb edib. Hakim İlqar Dəmirovun sədrliyi ilə keçirilən iclasda Yaqub Abbasov 19 dairədə əldə etdiyi protokolları məhkəməyə təqdim edib. Məhkəmə isə bu nəticəyə gəlib ki, protokollar Ədliyyə Nazirliyinin ekspertiza şöbəsinə göndərilsin. Hakim yalnız bundan sonra hər hansı bir qərar verilə biləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti