...

Mustafa Evran: Şimali Kipr Türk Respublikası inanır ki, Azərbaycan beynəlxalq qurumların təzyiqi qarşısında möhkəm dayanacaq

Siyasət Materials 15 Noyabr 2005 20:33 (UTC +04:00)

Biz inanırıq ki, Azərbaycan bəzi beynəlxalq qurumların Şimali Kipr Türk Respublikası (ŞKTR) ilə əməkdaşlıqdan imtina etməyə çağıran təzyiqinə davam gətirəcək qədər möhkəm olacaq. Trend bildirir ki, noyabrın 15-də ŞKTR-nin Azərbaycandakı nümayəndəsi Mustafa Evran respublikanın elan edilməsinin 22 illiyi ilə bağlı təşkil edilmiş tədbirdə bu barədə bəyan edib.

O, xatırladıb ki, adada ötən il keçirilən referendumun yekunlarına əsasən şimali kiprlilər BMT-nin konfederasiya yaradılması ilə bağlı təklifini dəstəklədi. Həmin vaxt adanın ikinci hissəsi bunu etməkdən imtina etdi. M.Evran həm də qeyd edib ki, referendumdan sonra beynəlxalq təşkilatlar Kiprin şimal hissəsindən blokadanın götürülməsi üçün səy etməyə çağırdı. M.Evran qeyd edib ki, indi də bu blokadanın ləğv edilməsi üçün ilk addımlar atan Azərbaycana təzyiq göstərmək ədalətsizlikdir.

Azərbaycanda Atatürk Mərkəzinin sədri Nizami Cəfərov bəyan edib ki, Azərbaycan bundan sonra da ümumtarixi və mədəni eynilikdən çıxış edərək Şimali Kipr xalqı ilə yaxınlığı davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti