...

Məşvərət Məclisinin yeni əsasnaməsi hazırlanıb

Siyasət Materials 16 Noyabr 2005 11:53 (UTC +04:00)

"İqtidaryönlü partiyaların Məşvərət Məclisinin (MM) yeni əsasnaməsi imzalanıb". Bu barədə Trend agentliyinə MM-in sədri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, yeni əsasnamə MM-in fəaliyyətini nizamlayan hüquqi sənəddir: "Bu sənəddə o qədər də dəyişiklik edilməyib. Sadəcə olaraq bir qədər sərtləşdirilib. Yeni əsasnamədə Məclisin daxili nizam-intizamını pozan partiyalara daha ciddi cəza tətbiq edilməsi əksini tapıb".

MM sədri onu da bildirib ki, quruma daxil olan 7 partiyadan dördünün (Azad Respublikaçılar, Respublikaçılar, Demokratik Azərbaycan Dünyası və Demokratik Maarifçilik partiyaları) rəhbərləri yeni əsasnaməni imzalayıblar: "MM-in növbəti həftə keçiriləcək iclasında sənədin qəbulu məsələsi müzakirəyə çıxarılacaq", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti