...

Viktor Yuşenkonun Bakıya səfəri hökumətlərarası komissiyanın dekabr iclasından sonra baş tuta bilər

Siyasət Materials 16 Noyabr 2005 12:38 (UTC +04:00)

"Ukrayna prezidenti Viktor Yuşenkonun Bakıya səfəri Azərbaycan- Ukrayna hökumətləlarası komissiyasının dekabr iclasından sonra elə həmin ay baş tuta bilər". Bu barədə Trend ə Ukraynanın Azərbaycanda müvəqqəti işlər müvəkkili İqor Kizima bildirib.

Onun sözlərinə görə, komissiyanın iclası Ukraynanın Nazirlər Kabinetinin ali rəhbərliyində aparılan dəyişikliklərlə əlaqədar təxirə salınmışdı. Birgə komissiyanın Ukrayna hissəsinin yeni sədri paritet əsasda (azərbaycan hissəsinin baş nazirin birinci müavini ranqında olan rəhbəri tərəfindən) təyin olunmalıdır. Bundan sonra komissiyanın yeni tərkibi seçiləcək və tərəflər iclasın keçirilmə tarixini razılaşdıracaq.

Xatırladaq ki, Azərbaycan prezidentinin İcra aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə müsahibəsində bildirib ki, V.Yuşenkonun Azərbaycana səfəri cari ilin sonuna kimi baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti