...

Lənkəranda kənd təsərrüfatı məhsullarının ümumi həcmində artım 3,3% təşkil edir

Siyasət Materials 16 Noyabr 2005 13:34 (UTC +04:00)

2005-ci ilin 3 rübü ərzində Lənkəran rayonunda kənd təsərrüfatı məhsullarının ümumi həcmində artım 2004-cü ilin eyni dövrü ilə müqayisədə 3,3% təşkil edib. Rayon İcra Hakimiyyətindən Trend ə verilən məlumata görə, eyni zamanda heyvandarlıq məhsullarının həcmi də 4,1% artıb.

2005-ci ilin 3 rübü ərzində bütün təsərrüfatlarda diri çəkidə 2699 ton ət, 16 407 ton süd və 9 336 min yumurta istehsal olunub. Bu gösrəcililər üzrə artım 3,9%, 5,3% və 0,4% olub.

Mal-qaranın sayı 2426 baş və ya 6,4%, eyni zamanda inək və kəl 973 baş və ya 5,6% artıb.

Balıq ovu ilə məşğul olan sahibkarlar tərəfindən 9,9 miln manatlıq (ötən il 12,3 miln manat) balıq ovlanıb.

Lənkəran rayonunda şum işlərinə başlanılıb. Bir sıra çətinliklərə baxmayaraq, payız əkini üçün torpağın şumlanmasında irəliləyişlər var. Beləliklə, 3 rübün yekunları üzrə 1310 sahədə payız əkini əkiləcək ki, bu da ötən ildəkindən 110 hektar çoxdur.

Xəbər lenti

Xəbər lenti