...

Seçkinin nəticələrinə etiraz edən müxalifətçilər Forum keçiriblər

Siyasət Materials 16 Noyabr 2005 13:47 (UTC +04:00)

Müxalifəti təmsil edən siyasi partiya və seçki blokları noyabrın 16-da Xətai adına Mədəniyyət Sarayında birgə Forum keçirib. Trend in məlumatına görə, Forumda iştirak edənlər 6 noyabrda keçirilmiş parlament seçkilərinin nəticələrinə, seçki günü baş vermiş qanun pozuntularına etirazlarını bildiriblər. Forum iştirakçıları yenidən parlament seçkisi keçirilməsi, bu seçkinin şəffaflığının, demokratikliyinin təmin olunması tələblərini səsləndiriblər.

6 noyabr seçkisində iştirak etmiş deputatlığa namizədlər öz dairələrində baş vermiş qanun pozuntularını qeyd etməklə bərabər, müxalifət düşərgəsinin birgə mübarizə aparmasının, bunun sonadək davam etdirilməsinin vacibliyini vurğulayıblar. "Azadlıq" blokunun liderləri İsa Qəmbər, Əli Kərimli, Sərdar Cəlaloğlu və digər müxalifət liderləri seçkinin nəticələrinin ləğv olunması üçün kütləvi aksiyaları davam etdirəcəklərini bildirib və saxtakarlığa etiraz edən hər kəsi onlara qoşulmağa çağırıblar.

Forumda Bəyanat qəbul edilib. Sənəddə ölkədə azad, ədalətli seçki keçirilməsi, 6 noyabr seçkisinin nəticələrinin ləğv olunması, müxalifətin sərbəst toplaşmaq hüququna məhdudiyyətlər qoyulmaması və digər tələblər əksini tapıb.

Xəbər lenti

Xəbər lenti