...

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Bakı-Tbilisi-Ahalkalaki layihəsi üzrə bəyanatla çıxış edib

Siyasət Materials 16 Noyabr 2005 14:40 (UTC +04:00)

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Yaşar Əliyev Bakı-Tbilisi-Ahalkalaki layihəsi üzrə bəyanatla çıxış edib. Trend in məlumatına görə, Y.Əliyevin BMT-nin 60-cı sessiyasının iki komitəsində səsləndirdiyi bəyanatda Azərbaycan, Gürcüstanı Türkiyənin dövlətlər, beynəlxalq təşkilatlar və investorlar Bakı-Tbilisi -Ahalkalaki layihəsindəki iştirakdan xeyir göütürəcəklərinə inanırlar.

Səfir qeyd edib ki, Ankara, Tbilisi və Bakı ümumi mövqedən çıxış edərək yaradılan regional nəqliyyat şəbəkəsinin uzunmüddətli ticarət və iqtisadi əlaqələri möhkəmləndirəcək.

"Layihənin reallaşdırılması Cənubi Qafqazda və bütün Avrvsiya regionunda davamlı inkişafın və təhlükəsizliyin qarantı olacaq", -deyə Y.Əliyev qeyd edib. Diplomat xatırladıb ki, 2005-ci ilin mayında 3 ölkənin prezidentləri Qars-Ahalkali-Tbilisi-Bakı dəmiryolu layüihəsi üzrə birgə bəyannamə imzalayıblar. Azərbaycan diplomatının sözlərinə görə, bu sənəddə həmçinin, qeyd olunur ki, bu dəmiryolu Şərq-Qərb dəhlizinin mühüm komponentidir, eləcə də o, Avropa mehriban qonşuluq siyasətinin prinsiplərinə tam cavab verir.

Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ahalkalaki layihələri ilə yanaşı Qars-Ahalkali-Tbilisi dəmiryolu regionda iqtisadi əlaqələri möhkəmləndirməyə, təhlükəsizliyin təminatına və çiçəklənməsinə xidmət edir.

Qeyd olunur ki, hazırki anda layihə çərçivəsində Qars-Ahalkalaki kəsiyində müəyyən mühəndis-texniki işlər aparılır ki, bu işlərin 2006-cı ilin sonlarında başa çatması nəzərdə tutulub.

Nəticədə Türkiyə və Gürcüstanın dəmiryol qolları birləşdiriləcək. Eyni zamanda, Bosborun altından dəmiryolunun tikintisi də başa çatacaq və bu da regiona Avropadan və geriyə yüklərin maneəsiz daşınmasına imkan yaradacaq. Bu layihənin reallaşması ətraf mühitin mühafizəsinə yaxşı təsir göstərməklə yanaşı, iqtisadi baxımdan böyük gəlirlər əldə etiməyə imkan verəcək.

Y. Əliyev BMT-nin Avropa üçün İqtisadi Komissiyasının Qars-Ahalkalaki-Tbilisi dəmiryolu layihəsi layihəsinin reallaşdırılmasını dəstəkləməsi ilə bağlı atdığı addımı yüksək qiymətləndirib və bunu "qiymətli və təqdirəlayiq" təşəbbüs adlandırıb.

Onun sözlərinə görə, bu istiqamətdə növbəti addım Qars-Ahalkalaki-Tbilisi-Bakı qolunun TranAvropa Dəmiryolu Şəbəkəsi planına daxil olması üçün mühüm addım olmalıdır.

Xatırladaq ki, 2005-ci il mayın 20-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin imzaladıqları Qars-Ahalkali-Tbilisi-Bakı layihəsi üzrə birgə bəyanamə rəsmi sənəd kimi BMT Baş Assambleyasının 60-cxı sessiyasında paylanılıb.

Xəbər lenti

Xəbər lenti