...

Azərbaycanın xarici işlər naziri Avropa Şurasının və AŞPA-nın baş katibləri ilə görüşlər keçirəcək

Siyasət Materials 16 Noyabr 2005 16:02 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının və AŞPA-nın baş katibləri ilə görüşlər keçirəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov günün ikinci yarası Strasburqda olacaq və noyabrın 16-da axşam Avropa Şurasının baş katibi Terri Devislə və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Bruno Hallerlə görüşəcək. Bu barədə Trend ə Azərbaycanın Avropa Şuramsında daimi nümayəndəsi, səfir Aqşin Mehtiyev ekskluziv məlumat verib.

"İldə iki dəfə (yazda və payızda) Strasburqda AŞ Nazirlər Komitəsinin bu təşkilata üzv olan ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə iclası keçirilir", - deyə A. Mehdiyev bildirib. Onun sözlərinə görə, noyabrın 17-də günün birinci yarısıAzərbaycanın XİN-nin başçısı günün birinci yarısında AŞ Nazirlər Komitəsinin iclasında çıxış edəcək.

İclasın gündəliyində Avropa Şurasının Varşava sammitində qəbul edilmiş qərarların reallaşdırılması ilə bağlı məsələlərin müzakirəsi mühüm yer tutur. Buraya o cümlədən, demokratik strukturların möhkəmləndirilməsi,

insan haqlarının müdafiəsi və s. məsələlər də daxildir.

Eləcə də, Nazirlər Komitəsinin bir sıra ikitərəfli görüşlərin keçirilməsi istisna edilmir.

Cümə axşamı Azərbaycanın XİN rəhbərinin Avropa Parlamentinin Cənubi Qafqaz üzrə işçi qrupunun nümayəndələri ilə görüşü də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti