...

İsgəndər Həmidov meydanlarda xarici dövlət bayraqlarının dalğalanmasına etiraz edib

Siyasət Materials 16 Noyabr 2005 16:15 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov "Azadlıq" blokunun keçirdiyi mitinqlərdə xarici dövlətlərin bayraqlarının dalğalanmasına etiraz edib". Bu barədə Trend ə İ.Həmidovun özü bildirib.

"Dünənə kimi Azərbaycanın rusların istilasından qurtarmaq uğrunda mübarizə apardığımız bir halda bu gün meydanlarda Rusiyanın dövlət bayrağının dalğalanmasını məntiqsiz sayıram" - deyən İ.Həmidov meydanlarda yalnız Azərbaycan bayrağının olmasını bildirib.

Partiya sədri onu da qeyd edib ki, mitinqlərdə xarici dövlətlərin bayraqlarının dalğalanmasını heç də inqilab əhval-ruhiyyəsi kimi qəbul etmək olmaz: "İnqilabı xalq etməlidir, xalqın birliyindən doğur inqilab. Daha inqilabların yolu xarici dövlətlərin bayraqlarının göyə ucaltmaqdan keçmir".

Xəbər lenti

Xəbər lenti